XƏBƏRLƏR
Siyasət
Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 7 oktyabr 2025 ci il tarixində Qəbələdə “Regional Sülh və Təhlükəsizlik” mövzusunda keçirilmiş 12-ci Zirvə Görüşündə türk dünyası ölkələrinin hərtərəfli əlaqələrinin bir qədər də dərinləşməsini təmin edəcək qərarlar qəbul olunub. Zirvə görüşündə iştirak edən dövlət başçıları “Gabala Deklarasiyası”nı qəbul edərək Türk dövlətləri arasında strateji tərəfdaşlıq əlaqələrinin daha da dərinləşdirilməsi, regionda sülh, təhlükəsizlik, siyasi-iqtisadi əlaqələrin gücləndirilməsi istiqamətində niyyətlərini təsdiqləyiblər. TDT-nda sədirlik səlahiyyətləri Qırğızstandan Azərbaycana ötürülüb. Təşkilatın növbəti rəsmi Zirvə toplantısının 2026-cı ilin payızında Türkiyədə keçirilməsi qərarı verilib".