XƏBƏRLƏR
Siyasət
"Son iyirmi ildən artıq bir vaxtda Azərbaycan beynəlxalq aləmdə söz sahibi olan bir dövlətə çevrilib. Bu gün dünyanın əksər ölkələri böyük məmuniyyətlə Azərbaycanla yaxından dostluq, əmkdaşlıq etmək istəyirlər".
Planetinfo.az xəbər verir ki, bunları iqtisad elmləri doktoru, professor Fikrət Yusifov deyib. O bildirib ki, Azərbaycan son iki onillikdə bütün dünyaya sülhsevər, dostluq etməyi bacaran, sözü imzası qədər dəyərli olan və digər ölkələrlə münasibətdə yalnız qarşılıqlı hörmət və qaşılıqlı fayda prizmasından çıxış edən bir dövlət olduğumuzu sübut etdik:
"Biz otuz il torpaqlarımızı işğal altında saxlayıb, həmin ərazilərdə olmazın vəhşiliklərini törətmiş Ermənistan kimi bir ölkə ilə sülh dilində danışa bildik. Biz otuz il Ermənistanı sülh masasına dəvət etdik, hətta müharibənin gedişində belə dəfələrlə onlara sülh təklif etdik və bunu bütün dünya gördü. Lakin Ermənistan bu təklifləri qəbul etmək istəmədi və buna qarşılıq olaraq biz ona hərbi gücümüzü nümayiş etdirmək zorunda qaldıq".
Anar