XƏBƏRLƏR
2026-cı ildə pensiya və sosial ödənişlər üçün ayrılan vəsaitlərin əhəmiyyətli dərəcədə artırılması planlaşdırılır. Bu konteksdə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin Milli Məclisdəki son çıxışı diqqət çəkib. O bildirib ki, gələn il əmək pensiyalarının maliyyələşdirilməsinə yönəldilən xərclər 2025-ci illə müqayisədə 10,9% artacaq. Yəni pensiyaların təxminən 9,2% indeksasiyası gözlənilir və bunun nəticəsində orta aylıq pensiyanın 590 manata, yaşa görə pensiyanın isə 629 manata yüksələcəyi proqnozlaşdırılır. Aparılan dəyişikliklər cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Sadə vətəndaşlarla yanaşı, sabiq deputat və keçmiş nazirlərin də pensiyalarının artırılacağı bildirilib.
Onların ödənişləri nə qədər artacaq?
Globalinfo.az-a danışan sabiq maliyyə naziri Fikrət Yusifov deyib ki, bu məsələdə ayrı-seçkilik olmur:
“Yəni burada vətəndaşın pensiyası əvvəllər hansı vəzifədə çalışmasından asılı olmayaraq, ölkədə mövcud olmuş infilyasiya səviyyəsinə uyğun olaraq indeksasiya edilir”.
Zaira Akifqızı
Globalinfo.az