LAYİHƏLƏR
Layihənin ideyası və qısa məzmunu
2025-ci ilin may ayında "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyi tərəfindən "Ermənistanın İdxal-İxrac Əməliyyatlarının İqtisadi Təhlili" adlı analitik tədqiqat layihəsinə start verilib. Layihənin əsas məqsədi Ermənistanın son dövrlərdəki xarici ticarət fəaliyyətlərini təhlil edərək, bu proseslərin regional iqtisadi təhlükəsizlik və şəffaflıq baxımından doğurduğu riskləri üzə çıxarmaqdır. Tədqiqat bu istiqamətləri əhatə edəcək: Ermənistanın idxal və ixrac strukturunun analizi, Qeyri-rəsmi və gizli ticarət yolları, Sanksiyalardan yayındırma mexanizmləri və keçmiş təcrübənin bu günə təsiri, Qarabağ işğalı dövründə qanunsuz iqtisadi fəaliyyətlərin araşdırılması, Ticarət statistikası, əsas tərəfdaş ölkələr və məhsul qrupları üzrə təhlil. Araşdırmanın yekununda geniş statistik baza əsasında hazırlanmış hesabat ictimaiyyətə təqdim olunacaq.
Layihənin məqsədi və qarşıya qoyulan vəzifələr
Layihə, regionda hüquqi və şəffaf ticarət mexanizmlərinin təşviqinə, iqtisadi siyasətlərin sübutlara əsaslanmasına və ictimai məlumatlılığın artırılmasına töhfə verməyi hədəfləyir.